13 C
Baku
Saturday, November 23, 2024

Yevlax görüşünün nəticələri açıqlanıb

Yevlax görüşündən sonra Qarabağ ermənilərinin nümayəndəsi bildirib ki, Bakı ilə yekun razılaşma yoxdur, detalları razılaşdırmaq lazımdır. Banker.az bu barədə RİA.Novosti-yə istinadən xəbər verir.

Eyni zamanda Prezident İlham Əliyevin rəsmi nümayəndəsi bəyan edib ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında aparılan danışıqlar münaqişəyə son qoyacaq sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.

Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir, Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Xankəndi ilə Bakı arasında danışıqlar sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər, lakin Yevlaxda bir görüşdə bütün problemlərin həllini gözləmək çətindir.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər