10 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda 28 illik şirkət iflas olub

Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya Günar LTD Firmasının iflası haqqında iş üzrə məhkəmə iclası 25 sentyabr 2023-cü il tarixində saat 15.40-da Bakı Kommersiya Məhkəməsinin inzibati binasında (ünvan: AZ-1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi) təyin edilmişdir (zal 5, hakim Günay Namazova, iş № e-2-2(113)-4685/2023).

Banker.az xəbər verir ki, Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya Günar LTD Firmasının kreditorları iflas prosesi çərçivəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər.

Ünvan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, ev 16B, m. 35-dir. Şirkət 1995-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 400 manatdır və qanuni təmsilçisi Cəfər Məmmədovdur.

Son xəbərlər
Digər xəbərlər