“ATEF Şirkətlər Qrupu”nun dövlət qarşısında vergi borcu daha da artıb.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, şirkətlər qrupunun 21.09.2023-cü il tarixinə vergi borcu 10 096 293.11 manat təşkil edir. 23.07.2023-cü il tarixinə “ATEF Şirkətlər Qrupu”nun vergi borcu 9 527 951.32 manat idi.
Xatırladaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupunun nizamnamə kapitalı 33 892 585 manatdır və qanuni təmsilçisi Emil Əlixanbəyovdur.