“PMD Hospitality” MMC-nin idarəetməsində olan hotel şirkətinin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, Emin Həsənov Nizami oğlu “Excelsior Hotel” MMC-nin baş icraçı direktoru təyin edilib.
O, bu vəzifədə Elvin Rəhimov Fazil oğlunu əvəz edib.
Qeyd edək ki, “Excelsior Hotel” MMC 2019-cu ildə təsis edilib, eyni adlı hotelin idarəedici şirkətidir. Şirkətin 1.63 milyon manat nizamnamə kapitalı mövcuddur.