Avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 mln. manat artaraq
21,814.2 mln. manat olub.
Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 54.2% (11,821.8 mln. manat);
ıı) istehlak kreditləri – 29.9% (6,532.5 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.9% (3,459.9 mln. manat).
Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 mln. manat, istehlak kreditləri 156.5 mln. manat, ipoteka kreditləri isə 86.6 mln. manat artıb.