16 C
Baku
Friday, October 18, 2024

Azərbaycanın Gürcüstandan idxal etdiyi canlı mal-qara 40%-dək bahalaşıb

Gürcüstan 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 13.77 milyon dollar dəyərində 3 980.90 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri illik ifadədə 4.42 milyon dollar və ya 47%, həcmi isə 281 ton və ya 7.6% artıb.

2022-ci ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 9.355 milyon dollar dəyərində 3 699.77 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Bu il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonu üçün ödənilən məbləğ 933 dollar və ya 37% artaraq 3 461.52 min dollara çatıb.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər