9 C
Baku
Friday, November 1, 2024

Zərgərlik məhsullarının alğı-satqısının nağdsız həyata keçirilməsinə dair layihə I oxunuşdan keçib

Qiymətli daşlardan hazırlanan məmulatların alğı-satqısının nağdsız həyata keçirilməsinə dair layihə I oxunuşdan keçib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli qanun ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilərək qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alğı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.

Layihə müzakirələrdən sonra I oxunuşda qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər