10 C
Baku
Thursday, December 12, 2024

“FINCA Azerbaijan”nın rəhbərliyinə yeni təyinatlar olub

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının (BOKT) MMC-nin rəhbərliyinə yeni təyinatlar olub.

“FINCA Azerbaijan”ın Müşahidə Şurasına iki yeni üzv seçilib. Bunlar Fisnik Kepuska və Norber Benkerdir.

Qeyd edək ki, Fisnik Kepuska həm də, BOKT-nin audit komitəsinin sədri və FINCA Bank Qırğızıstanın Direktorlar Şurasının üzvüdür. Norber Benker isə inklüziv və davamlı təşkilatların qurulması istiqamətində İcraçı Direktor, Baş Direktor və Əməliyyatlar üzrə Baş Direktor kimi 16 ildən artıq təcrübəyə malikdir. O, yeni vəzifəsinə qədər sözügedən fəaliyyətləri həyata keçirən KfW beynəlxalq təşkilatının Yəməndə Mikromaliyyə Sektorunun Təşviqi üzrə qrup rəhbəri olub.

Qeyd edək ki, “Finca Azərbaycan” 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatı nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər