14 C
Baku
Saturday, November 23, 2024

Baydendən bütün ölkələrə xəbərdarlıq: İsrailə hücum etməyi düşünməyin!

Amerika Birləşmiş Ştatları İsrailə əlavə hərbi yardımı artıracaq. Söhbət hava hücumundan müdafiə sistemləri üçün sursat və raketlərdən gedir.

Bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı deyib.

Co Bayden deyib ki, bu, “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri üçün sursat və raketləri əhatə edəcək.

Konqresdən ABŞ-nin kritik tərəfdaşlarının milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün təcili tədbirlər görməsi istəniləcək.

Bayden deyib: “Mən hər hansı bir dövlətə, istənilən təşkilata, hər hansı bir oyunçuya müraciət edirəm – İsrailə hücum etməyi düşünməyin! İsrail vəhşiliklərə cavab verəcək. Biz İsrailin istənilən müdafiə ehtiyacını təmin edəcəyimizə zəmanət veririk”.

Amerika lideri əlavə edib ki, İsrailin təhlükəsizliyi ABŞ-nin və bütün dünyanın təhlükəsizliyidir:

“Burada söhbət partiyalardan və ya siyasətdən getmir. Bu, bizim dünyamızın təhlükəsizliyi, ABŞ-nin təhlükəsizliyi ilə bağlıdır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər