10 C
Baku
Thursday, December 12, 2024

“Kəpəz” BOKT bir investordan ₼500 min borc cəlb etdi

12 oktyabr, 2023-cü il tarixində Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat olan AZ2004009166 dövlət qeydiyyat nömrəli, 500,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 14 % , faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Hərrac qiyməti 100 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Xatırladaq ki, “Kəpəz” BOKT 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 000 manatdır və qanuni təmsilçisi Rəşad Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər