13 C
Baku
Saturday, November 23, 2024

“Unibank” ilin ilk üç rübündə 22 mln. manata yaxın xalis mənfəət əldə edib

“Unibank KB” ASC 2023-cü ilin ilk üç rübündə 21.91 milyon manat xalis mənfəət əldə edib. Bildirək ki, ötən ilin müvafiq dövründə 0.58 milyon manat xalis zərər etmişdi.

Banker.az bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri illik müqayisədə 32% artaraq 154.87 milyon manat, faiz xərcləri 28% artaraq 52.49 milyon manat, qeyri-faiz gəlirləri 71% artaraq 77.78 mln. manat və qeyri-faiz xərcləri isə 22% artaraq 126.28 mln. manat təşkil edib. Bununla da bankın əməliyyat mənfəəti 49.08 milyon manat olub ki, öncəki ili 3 dəfə üstələmiş olur.

Bununla belə bank ötən üç rüb ərzində 27.17 milyon manat həcmində mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayırıb.

Cari il ərzində xalis mənfəətdən sonra onun kapital balansındakı yığılmış zərərin həcmi 35.04 milyon manatdan 13.13 milyon manata düşüb.

Son xəbərlər
Digər xəbərlər