13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda məqsədli büdcə fondlarına ayırmalar 44% artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 523.9 milyon manatı və yaxud 1.4%-i məqsədli büdcə fondlarına ayırmaların payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 44.3% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər