13 C
Baku
Friday, November 22, 2024

İsrail HƏMAS-la müharibəyə son qoymağın şərtini açıqlayıb

İsrailin BMT-dəki səfiri Gilad Erdan bildirib ki, döyüşçülər silahlarını yerə qoysalar, girovları azad etsələr və təslim olsalar, İsraillə Fələstinin HƏMAS qruplaşması arasında müharibə “atəşsiz” başa çata bilər.

“Niyə HƏMAS-ı buna çağırmırsınız? Niyə bu [qətnamə layihəsinin] bir hissəsi deyildi?”, – deyə Erdan Təhlükəsizlik Şurasından qrupu terror təşkilatı elan etməyi və İsrailin özünümüdafiə haqqını təkcə sözlə deyil, əməllə dəstəkləməyə çağırıb.

Diplomat hazırkı münaqişəni BMT üçün dönüş nöqtəsi adlandırıb və bəzi qətnamələrində Fələstin tərəfini dəstəkləyən təşkilatın səhvlərini qeyd edib. O vurğulayıb ki, beynəlxalq ictimaiyyət Qəzza zolağına milyardlarla dollar göndərib, lakin onun hamısı HƏMAS-a xərclənib.

Qrupun İsraili məhv etmək məqsədi daşıdığını xatırladan Erdan, mövqeyinin nə İsrailin Qəzzanı tərk etməsindən sonra, nə də iqtisadi stimullar səbəbiylə dəyişmədiyini deyib.

“Xərçəngin müalicəsinin yeganə yolu var. Bütün xərçəng hüceyrələrini məhv etmək lazımdır”, – İsrailin daimi nümayəndəsi vurğulayıb.

Hücumdan iki gün sonra HƏMAS məqsədlərinə çatmış hesab etdiyi üçün İsraillə sülhlə bağlı dialoq prosesinə başlamağa hazır olduğunu açıqlayıb. İsrail tərəfi hücumdan sonra dövlət üçün ekzistensial təhlükəyə çevrilən terrorçuları məhv etmək niyyətində olduğunu vurğulayaraq bundan imtina edib.

Son xəbərlər
Digər xəbərlər