Azərbaycan 11 aylıq fasilədən sonra Malayziyaya neft hasilatını bərpa edib.
Banker.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ay Malayziyaya 48.04 min ton (~352 min barel) həcmində və $34.01 milyon dəyərində xam neft ixrac edilib.
Sonuncu dəfə 2022-ci ilin noyabrında Malayziyaya Azərbaycandan 46.24 min ton və ya $33.07 mln.-luq xam neft ixrac edilmişdi.