Azərbaycan Almaniya, Türkiyə, Fransa və Yunanıstana neft ixracını cari ilin ilk üç rübündə kəskin artırıb.
Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin ilk üç rübündə ölkədən Almaniyaya 843.14 min ton və ya $528.7 milyonluq neft ixrac edilib. İxracın miqdarı öncəki illə müqayisədə 140% yüksəlib.
Fransaya ixrac öncəki ilin ilk üç rübü ilə müqayisədə cari ildə 4.3 dəfə artaraq 199.01 min ton və ya $118.6 mln. həcmində xam neft ixrac edilib.
Türkiyəyə ixracın həcmi illik müqayisədə 3 dəfə artaraq 1 mln. 109.14 min ton və ya $627.02 mln. neft ixrac edilib.
Yunanıstana ixrac edilən neftin həcmi illik müqayisədə 656.52 min barel və ya $403.27 mln. neft ixrac edilib ki, 2022-ci ilin eyni dövründən 2.6 dəfə yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin ilk üç ayında Azərbaycan xaricə 19 milyon 876.25 min ton və ya $12.13 mlrd.-lıq xam neft satıb.
Miqdar, ton | Dəyər, min $ | |
Cəmi | 19 876 255.40 | 12 128 399.72 |
İtaliya | 7 985 493.80 | 4 986 285.69 |
İsrail | 1 995 823.22 | 1 206 977.64 |
Hindistan | 1 249 246.60 | 739 039.83 |
İspaniya | 1 114 184.47 | 700 578.65 |
Türkiyə | 1 109 141.17 | 627 024.00 |
Çexiya | 916 806.74 | 530 181.20 |
Almaniya | 843 138.09 | 528 741.45 |
Xorvatiya | 711 887.77 | 415 611.87 |
Yunanıstan | 656 521.80 | 403 274.26 |
Böyük Britaniya | 612 324.12 | 372 871.35 |
İrlandiya | 630 056.20 | 366 641.18 |
Rumıniya | 442 186.97 | 266 907.94 |
Vyetnam | 415 601.09 | 244 039.12 |
Avstriya | 266 568.71 | 152 155.74 |
İndoneziya | 221 084.92 | 150 210.69 |
Portuqaliya | 230 528.23 | 147 734.57 |
Fransa | 199 006.72 | 118 639.77 |
Sinqapur | 138 338.45 | 87 786.40 |
Malayziya | 48 042.55 | 34 012.69 |
Tailand | 48 688.02 | 26 098.53 |
Tunis | 41 585.75 | 23 587.13 |