14 C
Baku
Saturday, May 11, 2024

Sentyabrda Azərbaycanda gündəlik neft hasilatı düşüb: Nazirlik

2023-cü ilin sentyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 607 min barrel olub.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən bildirilir.

Bunun 491 min barrelini xam neft, 116 min barrelini kondensat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barrel olub. Bunun 498 min barrelini xam neft olmuşdu.

“OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər