Türkiyə 2024-cü ildə müdafiəyə 40 milyard dollar ayıracaq.
Sözügedən məbləğbu ilin büdcəsi ilə müqayisədə 150 faiz artım deməkdir.
2023 Türkiyə müdafiə və təhlükəsizliyə təxminən 16 milyard dollar ayırıb.
Vitse-prezident Cevdet Yılmaz hökumətin müdafiə sənayesinin ixracını indiki 6 milyard əvəzinə 11 milyarda çatdıraraq iki dəfə artırmaq niyyətində olduğunu açıqlayıb. O, əlavə edib ki, Türkiyə müdafiə sənayesi özünü təmin etmək qabiliyyətini 80 faizdən 85 faizə yüksəldəcək.