Azərbaycan Mərkəzi Bankı 1 hüquqi və 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar oktyabrın 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.