Əsas vəzifə və öhdəliklər:
- İdarəetmə orqanlarının və bankdaxili komitələrin iclaslarının protokollarının hazırlanması, rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə çatdırılması
- Bankdaxili strategiya, siyasət, məcəllə, təlimat və qaydaların hazırlanmasında iştirak etmək, həmin aktların qüvvədə olan yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
- Bankdaxili struktur bölmələrinin əsasnamələrinin hazırlanması istiqamətində zəruri hüquqi rəy və məsləhətlərin verilməsi
- Bankın korporativ hüquqi aktlarının hüquqi cəhətdən dəstəklənməsi
Seçim meyarları:
- Ali hüquqi təhsil
- Sahə üzrə 1-3 il iş təcrübəsi
- Azərbaycan dili – əla, Rus dili – yaxşı
- Yüksək ünsiyyətqurma bacarığı və təşəbbüskarlıq
- Öyrənməyə həvəs
- MS Office proqramları ilə işləmə bacarığı
Müraciətlərin son tarixi: 25/11/2015
Yuxarıdakı tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında Hüquqşünas sözünü qeyd etməyi unutmayın!