11 C
Baku
Monday, November 25, 2024

“Microsoft” Avstraliyada süni intellektin inkişafına $3.2 mlrd. sərmayə qoyur

“Microsoft” Avstraliyada süni intellekt (AI) və bulud texnologiyalarının inkişafına 5 milyard Avstraliya dolları (3.2 milyard ABŞ dolları) sərmayə qoyur. Bu barədə dünən, oktyabrın 23-də ABŞ-a səfəri zamanı şirkət nümayəndələri ilə görüşən Avstraliyanın baş naziri Entoni Albaniz məlumat verib. “Microsoft” qeyd edir ki, bu, şirkətin tarixində Avstraliyaya ən böyük investisiyadır.

Digər məsələlərlə yanaşı, “Microsoft” ölkədəki məlumat mərkəzlərinin tutumunu 45% artırmağı planlaşdırır. Bundan əlavə, məbləğin bir hissəsi 300 000 avstraliyalıya “rəqəmsal iqtisadiyyatda uğur qazanmaq üçün” lazım olan bacarıqların öyrədilməsinə yönəldiləcək.

Medianın qeyd etdiyi kimi, “Microsoft” Avstraliyaya sərmayə qoymaq qərarına ölkənin hakimiyyət orqanları süni intellektin inkişafı və istifadəsini tənzimləyən qanunvericilik işləyib hazırlamağa başlayandan qısa müddət sonra qəbul edib ki, bununla da o, bu cür qaydaların daha əlverişli olmasına nail olmaq istəyir.

Son xəbərlər
Digər xəbərlər