9 C
Baku
Monday, November 18, 2024

Baş nazir qərar verdi: Artıq vətəndaşlardan bu sənədlər tələb olunmayacaq

Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”da dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklik “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun icrasını təmini məqsədilə edilib. Dəyişikliyə əsasən, sözügedən qaydaların “Qeyd” hissəsi aşağıdakı kimi verilir:

“Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpasına və ləğv olunmasına əsas verən sənədlərin (ləğv edilməli şəhadətnamələr istisna olmaqla) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

Qərara əsasən, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda da dəyişikliklər edilib. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək.

Qaydada nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər