Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib.
Bu barədə, o, partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.
Buna səbəb olaraq İsrailin Qəzzadakı əməliyyatı bildirilib.
Ərdoğan qeyd edib ki, İsrail Qəzzanın bombalanmasını dayandırmalı, Misirlə sərhəddə humanitar qapını açıq tutmalı və əsirlərin buraxılması üçün danışıqlar sürətlənməlidir.