11 C
Baku
Wednesday, December 11, 2024

Zəngəzurda Rusiyanın konsulluğu açılacaq

Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində Rusiyanın konsulluğu açılacaq.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan parlamentində çıxışı zamanı məlumat verib.

“Rusiya tərəfi müvafiq qaydada Qafanda konsulluğun açılması üçün müraciət edib. Ermənistan isə müvafiq qaydada bütün nüansları nəzərə alaraq razılıq verib”, – o qeyd edib.

Lakin Ermənistan XİN başçısı konsulluğun nə vaxt açılacağı barədə məlumat verməyib: “Ermənistan və Rusiyanın müvafiq strukturları bu məsələdə əməkdaşlıq edir”.

Son xəbərlər
Digər xəbərlər