Hazırda müzakirə mərhələsində olan yeni qanunvericilik alternativ investisiya alətlərinin yaranmasına səbəb olacaq.
Bunu “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, alternativ investisiya alətləri vençur fondlarla yanaşı, mələk investorları startaplara dəstək olmaları üçün şərait yaradacaq: “İnvestorlar üçün müəyyən dəstək paketləri nəzərdə tutulub. Kütləvi investisiyanın cəlb olunması üçün alət var və onun Azərbaycanda tətbiqi və inkişafı planlaşdırılır. Ümumilikdə yeni qanunvericilikdə investisiya istiqamətində maraqlı layihələr gözlənilir”.