14 C
Baku
Wednesday, May 15, 2024

“Araz Supermarket”in dövlətə 4 milyon manata yaxın vergi borcu var

“Araz Supermarket” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Araz Supermarket” MMC-nin vergi borcu 3 761 722.12 manatdır. Bu vergi borcu 29.10.2023-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və qanuni təmsilçisi Rəşad İbrahimovdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər