Bu ilin yanvar-sentyabr aylarında Sumqayıtda 4 milyard 80 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.3% çoxdur.
9 aylıq məhsul istehsalının 3 milyard 434,7 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 11.4% çoxdur.
Hesabat dövründə Sumqayıtda əsas kapitala 200 milyon manat vəsait qoyulub.