Azərbaycan 2023-cü ilin yanvar-sentyabr ayında 51.2 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 18.6 milyon dollar və ya 57% çoxdur.
Ötən ilin eyni dövründəə isə Azərbaycan 32.6 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.