11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan Dubay şirkətləri ilə 3-cü ölkələrdən investisiya cəlb etməyi planlaşdırır

Dubay şirkətləri ilə 3-cü ölkələrdən Azərbaycana investisiyaların yatırılması istiqamətində birgə işlərin görüləcəyinə dair razılıq əldə olunub.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatında bildirilir.

Məlumata görə, qurumla Dubay Beynəlxalq Palatasının nümayəndələri arasında görüş keçirilib. Görüşdə tərəflər birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb. Bildirilib ki, ticarət, investisiya, nəqliyyat-logistika sektorlarında tərəfdaşlığın intensivləşdirilməsi, yeni biznes imkanlarının öyrənilməsi üçün geniş perspektiv mövcuddur.

Qeyd edilib ki, Azərbaycan şirkətlərinin növbəti il Birləşmiş Ərəb Əmirliklərinə təşkil olunacaq ixrac missiyasında və Dubay şəhərində keçiriləcək “Gulfood 2024” beynəlxalq qida sərgisində vahid ölkə stendi ilə iştirak etməsi, BƏƏ şirkətlərindən ibarət nümayəndə heyətinin isə 2024-cü ildə Azərbaycana işgüzar səfər etməsi planlaşdırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər