8 C
Baku
Sunday, December 22, 2024

Azərbaycanda əhalinin və biznesin vergi yükü azaldılır

Gələn il əhalinin və biznesin vergi yükü azaldılacaq.

Bu barədə barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Qeyd edilib ki, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1 000 manatdan 2 500 manata qaldırılması, fiziki şəxs olan istehlakçıların ödədiyi ƏDV-nin geri qaytarılmasına görə əldə olunan gəlirlərin rəsmi şəkildə vergidən azad edilməsi nəzərdə tutulur.

Sahibkarlıqlıq subyektləri ilə bağlı isə maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi və vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olunan hissəsinin 10%-dən 15%-ə qaldırılması nəzərdə tutulub.

Həmçinin, kredit təşkilatlarınım ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqinin verilməsi nəzərdə gözlənilir.

Son xəbərlər
Digər xəbərlər