13 C
Baku
Friday, November 22, 2024

Elit buğda toxumlarının satış qiymətinə dair hədd dəyişib

Nazirlər Kabineti ”Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” qərarda dəyişiklik edib.

Hazırda Aqrar Elm Mərkəzinin təsərrüfatlarında büdcə vəsaiti hesabına istehsal edilmiş elit toxumlar onun istehsalına çəkilən xərclərin 50 faizi ödənilməklə, toxumçuluq təsərrüfatlarına verilir və əldə edilmiş vəsait təsərrüfatın maddi-texniki bazasının gücləndirilməsinə yönəldilir.

 

Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi kvota əsasında istehsal edilən elit toxumlar istehsal xərclərinin 70 faizindən yuxarı olmayan qiymətə toxumçuluq təsərrüfatlarına satılır və əldə edilən vəsait həmin elmi müəssisə və təşkilatların işçilərinin sosial müdafiəsinin və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Nazirlər Kabinetindən verilən şərhdə bildirilib ki, qərarda buğda bitkisi ilə yanaşı, digər kənd təsərrüfatı bitkilərinin də orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi və həmin toxumların toxumçuluq təsərrüfatlarına satılması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub.

Qərarla orijinal, superelit və elit toxumların istehsalına çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı mexanizmin yaranmasına və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən orijinal, superelit və elit toxumların istehsalının genişləndirilməsinə imkan yaranacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər