9 C
Baku
Thursday, December 26, 2024

“Macarıstan TDT-nin İnvestisiya Fonduna 100 mln. avro ayırmağa hazırdır”

“Macarıstan Türk Dövlətləri Təşkilatının İnvestisiya Fonduna dəstək məqsədilə 100 milyon avro ayırmağa hazırdır”.

Bunu Macarıstanın Baş naziri Viktor Orban noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşündə deyib.

Onun sözlərinə görə, TDT uğurlu əməkdaşlığın nümunəsini göstərir: “Hazırkı çətin dövrdə türk dövlətlərinin rolunun artdığını görürük”.

Rusiya və Ukrayna arasında hazırda davam edən müharibə ilə bağlı öz fikirlərini bölüşən Baş nazir qeyd edib ki Macarıstan sülhə, yeni etimad infrastrukturun qurulmasına çağırıb: “Biz bu gün Türkiyəsiz Avropanın uzunmüddətli sabitliyinin qorunmasının mümkünsüzlüyünü görürük”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər