“Htech Invest” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.
Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Yevlax Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Ruslan Əlizadədir.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Htech Invest şirkəti 2015-ci ildə təsis edilmiş və kompyuter avadanlığının yığılması ilə məşğuldur. Htech Invest Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Mingəçevir Yüksək texnologiyalar parkının rezidenti statusunu almış ilk şirkət olub.