Hesablama Palatası məqsədli büdcə fondlarının qalığı, neft sektoru üzrə dividendlər, 2-li uçotla bağlı məsələlərə dair mövcud tənzimləmədə dəyişikliklərin aparılmasının zəruri olduğunu bildirir. “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklərlə bağlı tövsiyələr Rəyə daxil edilib.
Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəyində bildirilib.
Rəydə bildirilir ki, Büdcə zərfində yer alan izahata görə 2019-cu ildə sosial xərclərin dövlət büdcəsində payı 7761 mln. manat təşkil etmişdir. Bu göstəricinin gələn il 15772.9 mln. manata bərabər olması proqnozlaşdırılır. Deməli büdcədə sosial xərclərin payı 2019-cu ildəki 31.7%-dən, qarşıdakı ildə 43%-dək yüksələcəkdir. Deməli sosial xərclərin həcmi istər artım tempi, istərsə də həcm baxımından ÜDM və dövlət büdcəsi xərcləri ilə müqayisədə daha sürətlə artır.
Həmcinin qeyd edilib ki, strategiyanın əksər tədbirlərinin 2024-cü il üçün maliyyə təminatı icraçı qurumlar üzrə ayrıca göstərilmişdir. Bu da ölkənin ən vacib strateji sənədinin tədbirlərinin maliyyə təminatının dövlət büdcəsində tam və ya qismən nəzərə alındığını deməyə imkan verir. Qeyd edək ki, büdcə layihəsinə əsasən Strategiyanın 70-dən yuxarı tədbiri üzrə bu istiqamətdə xərc nəzərdə tutulub.