16 C
Baku
Tuesday, May 14, 2024

Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiya və bir sıra Avropa ölkəsindən irəlidədir

Rusiyada qazlaşdırmanın səviyyəsi 70%-dən çoxdur, qonşu şimal ölkələrində isə bu göstərici 3% təşkil edir.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Hətta 20 il əvvəl ölkədə qazlaşdırmanın səviyyəsi 53% idisə, bu gün biz 73% səviyyəsinə çatmışıq və prezident 2030-cu ildə 83% səviyyəsinə çatmaq vəzifəsini qoyub, bu, maksimum həddir”, – Aleksand Novak qeyd edib.

Onun sözlərinə görə, böyük Avropa ölkələrində qazlaşdırma daha aşağı səviyyədədir, məsələn, Almaniyada – 47%, Fransada – 38%, İspaniyada – 32%.

“Bilirsiniz, hətta Norveç, İsveç kimi şimal ölkələri ilə də müqayisə etmək olar, orada qazlaşma 3% təşkil edir”, – baş nazirin müavini vurğulayıb.

Onu da əlavə etmək lazımdır ki, Azərbaycanda qazlaşma səviyyəsi 96.3% təşkil edir, beləliklə də ölkəmiz bu göstərici üzrə Rusiyanı 23.3 faiz bəndi qabaqlayır.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər