8 C
Baku
Friday, December 13, 2024

Borrell: İsrail və HƏMAS-ın müharibəsi “kollektiv uğursuzluğun” nəticəsidir

Avropa diplomatiyasının rəhbəri Josep Borrell hesab edir ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasındakı müharibə “kollektiv uğursuzluğun” nəticəsidir. Diplomatın fikrincə, buna Fələstin-İsrail münaqişəsinin həllində iradənin olmaması səbəb olub.

“Yaxın Şərqdə baş verən faciə israillilər və fələstinlilərin əvəzini ödədikləri kollektiv siyasi və mənəvi uğursuzluğun nəticəsidir. Bu xərc artmağa davam edəcək… Bu uğursuzluq Fələstin-İsrail problemini həll etmək üçün iradənin olmamasının nəticəsidir”, – Borrell bildirib.

İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail tərəfində 1.4 min, Fələstin tərəfində isə qurbanların sayının təxminən 9.5 min nəfər olduğu bildirilir. Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ Qəzza zolağının blokadasına qarşıdır və tərəfləri çağırır.

Son xəbərlər
Digər xəbərlər