14 C
Baku
Sunday, November 24, 2024

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 mlrd. manatı ötüb

2023-cü ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4.2 milyard manatdan çox olub. Bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.4% və ya 532.6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15.3% artaraq 2.7 milyard manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15.8% artaraq 148.7 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15.5% artıb və 110.1 milyon manat təşkil edib.

Qeyd edək ki, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.6% artaraq 765.3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16.8% artıb və 539.2 milyon manat təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər