6 C
Baku
Monday, December 16, 2024

ABŞ Çini yeni sanksiyalarla bağlı xəbərdarlıq edib

ABŞ administrasiyası Çinə Rusiyaya yardım göstərəcəyi təqdirdə əlavə sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Bunu San-Fransiskoda (Kaliforniya) Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen ilə görüşdən sonra çıxış edən ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

Danışıqlarımız zamanı Çin şirkətlərinin Rusiya hərbi-sənaye kompleksinə maddi dəstək verməməsinin bizim üçün son dərəcə vacib olduğunu və bundan sonra da sanksiyalar tətbiq etməyə hazır olduğumuzu vurğuladım. Biz istərdik ki, Çin bunu dayandırsın.

Biz sübutlar görürük ki, Çin firmaları – mən demirəm, Çin hökumətinin məlumatı ilə – lakin bəzi özəl şirkətlər bu cür avadanlıq və materialların, eləcə də bu axının asanlaşdırılmasında iştirak edə biləcək bəzi maliyyə institutları Rusiyaya tədarükünü asanlaşdıra bilər ”-deyə, o bildirib.

Yellen həmçinin bildirib ki, Çin gələcəkdə Amerika firmaları üçün öz bazarına çıxışı genişləndirməyi vəd edir.

Son xəbərlər
Digər xəbərlər