Azərbaycan 2023-cü ilin ilk doqquz ayında xaricə $18.65 milyonluq alkoqollu işçilər ixrac edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 136 faiz yuxarı göstəricidir. Bunun da $10.3 milyonu Rusiyaya ixrac edilib.
2022-ci ildə cəmi $7.22 milyonluq spirtli içki ixracı baş tutumuşdu.
Spirtli içkilər üzrə ixracın əsas hissəsini brendi (konyak), viski və şərablar təşkil edir. İlk üç rübdə Azərbaycan xaricə 190.66 min dkl ($6.19 mln.) konyak, 141.36 min dkl ($4.86 mln.) viski və 197.62 min dkl ($4.55 mln.) butulkalarda olan üzüm şərablar ixrac edilib.
Viskinin $4.6 milyonu və konyakın $1.1 milyonu Rusiyaya ixrac edilib.
İlin ilk üç rübü ərzində Azərbaycanın xaricə spirt ixracatı, min dekalitr |
||||
Məhsulun adı | 2023 | 2022 | ||
miqdarı, min dkl | məbləği, min $ | miqdarı, min dkl | məbləği, min $ | |
Konyak, qrappa, brendi və digərləri | 190.66 | 6,194.22 | 90.94 | 2,900.42 |
Viski | 141.36 | 4,864.91 | 18.57 | 583.95 |
Tutumu 2 litrdən az qablarda təbii üzüm şərabları | 197.62 | 4,549.02 | 133.29 | 3,138.80 |
Araq | 24.42 | 1,403.33 | 4.59 | 322.05 |
Köpüklənən təbii üzüm şərabları | 31.41 | 844.30 | 0.22 | 9.07 |
Digər qıcqırdılmış içkilər | 20.03 | 523.91 | 18.83 | 557.20 |
Digər alkoqollu içkilər | 0.98 | 94.11 | 1.05 | 127.96 |
Digər təbii üzüm şərabları | 22.03 | 86.30 | 56.20 | 215.40 |
Səməni pivəsi | 11.23 | 77.27 | 1.30 | 12.05 |
Likörlar | 0.01 | 2.51 | 0.03 | 9.69 |
Tutumu həcmi 2-10 litr qablarda təbii üzüm şərabları | 0.01 | 0.13 | 0.67 | 7.54 |
CƏMI | 639.76 | 18,640.01 | 325.69 | 7,884.13 |