13 C
Baku
Friday, November 22, 2024

Azərbaycan xaricdən 1 ton buğdanı 84 dollar daha ucuz alıb

2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycana 247 milyon 343 min dollar dəyərində 949 278 ton buğda idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 25% azalıb, miqdar ifadəsində 0.7% azalıb.

Belə ki, 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 330 milyon 10 min dollar dəyərində 956 274 ton buğda idxal olunmuşdu.

1 ton buğdanın orta idxal dəyəri 345 dollardan 261 dollara düşüb. Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 84 dollar daha ucuz idxal olunub.

Son xəbərlər
Digər xəbərlər