16 C
Baku
Friday, October 18, 2024

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin hüquqları açıqlanıb

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında ƏSASNAMƏyə əsasən, qurumun 9 hüququ olacaq.

Bunlar aşağıdakılardır:

– müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

– müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

– müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

– beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

– müvafiq sahəyə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunması üçün aidiyyəti üzrə təkliflər vermək;

– fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

– müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

– xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

– Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Son xəbərlər
Digər xəbərlər