Finlandiya Ukraynaya təxminən 100 milyon avro dəyərində 20-ci hərbi yardım paketini göndərir.
Bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Finlandiya Ukraynaya kömək üçün daha çox hərbi texnika göndərəcək. Prezident hökumətin təklifi ilə 2023-cü il noyabrın 17-də bu məsələ ilə bağlı qərar qəbul edib. Bu, Ukraynaya 20-ci hərbi texnikanın çatdırılması olacaq”, – məlumatda qeyd olunub.
Bildirib ki, Finlandiya yardımının ümumi dəyəri 1,5 milyard avrodur.