7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların tərkibi genişləndirilib

Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra hamarlayıcılara (diskli mala, dişli mala, lazer mala, rotorlu mala, vərdənə, frez və skreper), tütünyığan kombayn, maşın və qoşquya, çay yığımında istifadə olunan avadanlıqlara, həmçinin damcılı suvarma sisteminin həm yeraltı və yerüstü formalarına, suvarmada istifadə olunan elektrikli səyyar su nasoslarına, pambıq presləyici avadanlığı dəstinə, toxum seleksiyası üçün sürətli hüceyrə artımı mühitini təmin edən innovativ laboratoriya avadanlıqlarına, bal arılarını gənələrdən təmizləmək üçün istifadə olunan qurğuya, baramaçılıqda istifadə olunan qurğu və avadanlıqlara (modul tipli kümxana) güzəşt tətbiq ediləcək.

Qərarın icrası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılıb.

Hüquq və icra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Son xəbərlər
Digər xəbərlər