Pronqozlara görə, 2024-cü ilin yanvar-fevral aylarında havanın orta temperaturu bir neçə dərəcə yüksək olacaq.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, son illərdə müşahidə edilən qlobal istiləşmə, iqlim dəyişmələri Azərbaycandan da yan keçmir.
Nazim Mahmudov xatırladıb ki, Azərbaycanda yanvar-fevral aylarında hava adətən sərt keçir:
“Qlobal istiləşmə fonunda havanın temperaturunun qış aylarında da mülayim keçdiyini müşahidə edirik. Lakin buna baxmayaraq, istisna edilmir ki, yanvar-fevral aylarında bu il də yağıntılar bol olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacaq, şimal-qərb küləkləri üstünlük təşkil edəcək”.