22 C
Baku
Monday, October 7, 2024

Naxçıvandakı sement zavodunun kapitalı kəskin artımla ₼36 milyona çatdırıldı

Əvvəlki Naxçıvan Sement Zavodu və ya hazırda “Reges Sement” MMC adı ilə fəaliyyətdə olan sement zavodunun kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, “Reges Sement” MMC-nin kapitalı 200 manatdan 35.98 milyon manata qaldırılıb.

Qeyd edək ki, şirkət Gəmiqaya Holdinq Şirkətlər İttifaqına daxil idi. 2023-cü ilin aprelinə qədər “Naxçıvan Sement Zavodu” MMC adlandırılırdı. 2013-cü ildə yaradılıb.

Hazırda Gəmiqaya Holdinq Şirkətlər İttifaqı hazırda “Arkoz Holdinq” MMC adlandırılıb.

Son xəbərlər
Digər xəbərlər