11 C
Baku
Monday, November 25, 2024

Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 3% artıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 190.705 milyon barel neft nəql edilib.

Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinin məlumatında bildirilir.

Bu, 2022-ci ilin ilk 10 ayı ilə müqayisədə 5.577 milyon barel və yaxud 3% çoxdur.

Bu ilin oktyabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19.028 milyon barel neft nəql edilib. Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 1 milyon 721 min barel və yaxud 8.3% azdır.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər