Dünya bazarında qızılın qiyməti son altı ayın ən yüksək səviyyəsinə qalxıb. Bakı vaxtı ilə saat 13:30-a olan məlumata görə, Asiyada ticarətdə spot qızılın qiymətləri 0.7% artaraq 1 unsiya üçün 2 014.82 dollara, ABŞ-ın COMEX birjasında qızıl fyuçersləri 0.63% artaraq 2 015.70 dollara çatıb. “Reuters” qeyd edir ki, bunlar 16 may 2023-cü ildən bəri ən yüksək rəqəmlərdir.
Analitiklər bildirirlər ki, ABŞ dollarının zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin faiz artımı dövrünü başa vurması gözləntiləri fonunda qızıl bahalaşır. “Reuters”in texniki analitiki Vanq Taonun fikrincə, spot qızılın unsiyası 2026 dollardan 2032 dollara qədər qazanc əldə edə bilər.
Agentlik xatırladır ki, noyabrın 29-da ABŞ-da ÜDM-in artımı ilə bağlı yeni məlumatlar, bir gün sonra isə ölkədə qiymət indeksi dərc olunacaq. Son məlumatlar məyusedici iqtisadi artım fonunda ABŞ-da inflyasiyanın yavaşlaması əlamətlərini göstərib. Bu, investorların FED-in dekabrda pul siyasətini yumşaltmağa başlayacağına dair gözləntilərini artırır və faizləri dəyişməz qalır. “Reuters” xatırladır ki, aşağı faiz dərəcələri faizsiz qızıla sahib olmaq fürsətinin dəyərini azaldır.