Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail qoşunları genişmiqyaslı əməliyyatlara başlayacaq.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
“Atəşkəsdən sonra ordu Qəzza zolağında HƏMAS-a qarşı mübarizəyə daha böyük güclə qayıdacaq. Əməliyyat bütün zolaqda aparılacaq”, – Y.Qalant deyib.
Qeyd edək ki, İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər.
Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.