Azərbaycanla Ruanda arasında diplomatik pasport sahibləri viza tələbindən azad olunub.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edib.
Sənəd 2023-cü il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb.