Bu ilin noyabr ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 72.84 ABŞ dolları təşkil edib, bu da ilin müvafiq dövrünün göstəricisi (66.47 dollar) ilə müqayisədə illik 9.6% çoxdur.
Məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında “Urals” neftinin orta qiyməti 62.89 dollar təşkil edib, bu da illik müqayisədə 19.7% azalma deməkdir.
Qeyd olunur ki, 2022-ci ilin yanvar-noyabr aylarında “Urals” neftinin orta qiyməti 78.32 dollar səviyyəsində olub.