10 C
Baku
Tuesday, November 26, 2024

Olaf Şolts: “2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialı 3 dəfə artırmalıdır”

2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialını 3 dəfə artırmaq lazımdır.

Bunu Almaniya kansleri Olaf Şolts BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

“Bərpa olunan enerjinin yayılması irəliləyir, lakin tələb olunan tempdə deyil”, – o qeyd edib.

Kansler vurğulayıb ki, bərpa olunan mənbələrin 3 dəfə genişləndirilməsi və 2030-cu ilə qədər enerji səmərəliliyinin ikiqat artırılması zəruridir.

O qeyd edib ki, Almaniyada bərpa olunan mənbələrdən istifadənin genişləndirilməsi artıq sürətlənib, lakin indi bu, dünyanın hər yerində baş verməlidir.

O.Şolts bildirib ki, konfransda 35 ölkə və Avropa İttifaqının daxil olduğu iqlim klubunun fəaliyyətə başlaması vacibdir.

Son xəbərlər
Digər xəbərlər